ABŞ Prezidenti Co Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı halda Yaponiyanın şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini söyləyib.
Bizim.Media “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ölkə lideri Yaponiyanın Baş naziri Fumio Kisida ilə Tokioda üzbəüz danışıqlarından sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daxil olmaqla 5 daimi üzvü var.
Bizim.Media