Milli Məclis Aparatında bu şəxslərə vəzifə verildi - ADLAR

Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb.

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, sədrin sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışır. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib.

Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir.

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir.

Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir.

Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar.

Son olaraq isə Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir.

Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunmuşlar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilmişdir. Bütün bunlar Milli Məclisdə qadınlara göstərilən etimadın və onlar üçün yaradılan imkanın təzahürüdür.

Qadınların dövlət qulluğunda irəli çəkilməsi, dövlət idarəçiliyində onlara geniş meydan verilməsi aparılan dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da dəhşətli HADİSƏ: dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

ABŞ-da dəhşətli HADİSƏ: dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

İmmun sistemini gücləndirən HƏRƏKƏT

İmmun sistemini gücləndirən HƏRƏKƏT

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

End of content

No more pages to load

RADİO