ABŞ Prezidenti Donald Tramp amerikalı teleaparıcı Cimmi Kimmelin həyat yoldaşı Melaniya haqqındakı zarafatına görə "Disney" şirkəti və ABC telekanalından uzaqlaşdırılmasını tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial hesabında paylaşım edib.
Ağ Evin Müxbirlər Assosiasiyasının qəbulundakı atışma hadisəsindən bir neçə gün əvvəl Kimmel zarafatla Melaniyanı "miras gözləyən gələcək dul qadın" adlandırıb. ABŞ lideri jurnalistin sözlərini kəskin tənqid edərək, deyilənlərin "yolverilməzlik həddini aşdığını" bildirib.
"Anlayıram ki, bir çox insan Kimmelin iyrənc zorakılıq çağırışından qəzəblənib və adətən onun dediyi heç nəyə reaksiya vermir, lakin bu artıq bütün hədləri aşır. Cimmi Kimmel dərhal “Disney” və ABC-dən qovulmalıdır", — deyə Tramp yazıb.
Bizim.Media