Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin (ASB) Ermənistanda keçiriləcək sammitində iştirak edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “168.am” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İrəvanda 4 mayda baş tutması gözlənilən sammitdə təxminən 50-yədək yüksək səviyyəli nümayəndə heyəti iştirak edəcək.
Belə ki, Zelenskinin də tədbirə qatılacağı barədə sayta informasiya daxil olub. Lakin Ermənistan Xarici İşlər Nazirliyi onun səfərini gizli saxlamağa çalışır. (axar.az)
Bizim.Media