İlham Əliyev israilli nazirlə bu məsələləri müzakirə etdi - ƏTRAFLI - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunulub, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışılıb.

İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oded Forerin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb.

Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, eyni zamanda, idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini deyib.

Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlətimizin başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib.

İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd edib.


*** 10.21 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI

Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI

“Zirə” hücumçu transfer etdi

“Zirə” hücumçu transfer etdi

Zabratda təkər tullantıları yığılmış sahə YANIR

Zabratda təkər tullantıları yığılmış sahə YANIR

Pezeşkian: "İranda bütün qərarlar Xameneidən soruşulur”

Pezeşkian: "İranda bütün qərarlar Xameneidən soruşulur”

Messi dünya çempionatının ƏN YAXŞI oyunçusu seçildi

Messi dünya çempionatının ƏN YAXŞI oyunçusu seçildi

Musiqi məktəblərində iki mərhələli sertifikatlaşdırma başlayır – YENİ QƏRAR

Musiqi məktəblərində iki mərhələli sertifikatlaşdırma başlayır – YENİ QƏRAR

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxışa BAŞLADI - FOTO

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxışa BAŞLADI - FOTO

Magistratura imtahanlarında yüksək bal toplayanların SAYI AZALDI

Magistratura imtahanlarında yüksək bal toplayanların SAYI AZALDI

Vaqif Əsədov jurnalistləri belə təbrik etdi – FOTO

Vaqif Əsədov jurnalistləri belə təbrik etdi – FOTO

FİFA Paredesin qırmızı vərəqəsini ləğv etdi – VİDEO

FİFA Paredesin qırmızı vərəqəsini ləğv etdi – VİDEO

Rusiya Çerniqova "Şahed" PUA-sı ilə zərbə endirdi – VİDEO

Rusiya Çerniqova "Şahed" PUA-sı ilə zərbə endirdi – VİDEO

Ukrayna istehsalı olan PUA-lar Rusiya dronlarının belə MƏHV EDİR – VİDEO

Ukrayna istehsalı olan PUA-lar Rusiya dronlarının belə MƏHV EDİR – VİDEO

Azərbaycanlı alim Türkiyədə nəşr olunan kardiocərrahiyyə dərsliyinin müəlliflərindən biri oldu – FOTO

Azərbaycanlı alim Türkiyədə nəşr olunan kardiocərrahiyyə dərsliyinin müəlliflərindən biri oldu – FOTO

Ukrayna PUA-sı Krımda Rusiyanın hərbi yük maşınlarını vurdu – ANBAAN VİDEO

Ukrayna PUA-sı Krımda Rusiyanın hərbi yük maşınlarını vurdu – ANBAAN VİDEO

Qəbiristanlıqda ölənlərlə "danışmaq" üçün telefon köşkü quraşdırıldı – FOTO

Qəbiristanlıqda ölənlərlə "danışmaq" üçün telefon köşkü quraşdırıldı – FOTO

Vüsalə "Ağ şəhər"dəki evindən köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” - (Foto)

Vüsalə "Ağ şəhər"dəki evindən köçdü: “Babalımı yuyanları Allaha həvalə etdim” - (Foto)

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi BAŞLAYIR

Salyandakı qəzada ölənlərin - Fotoları

Salyandakı qəzada ölənlərin - Fotoları

Umerovu da Zalujnının aqibəti GÖZLƏYİR

Umerovu da Zalujnının aqibəti GÖZLƏYİR

Çevik iş rejimi GƏLİR – Yeni model nələri dəyişəcək?

Çevik iş rejimi GƏLİR – Yeni model nələri dəyişəcək?

"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir" – VİDEO

"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir" – VİDEO

Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək

Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək

Xırdalan vağzalının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan vağzalının ətrafında xaotik vəziyyət - VİDEO

End of content

No more pages to load

RADİO