Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdirdiyini açıqlayıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar zamanı 151 kilometr yol, 617 bina, 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib.
Həmçinin 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.
Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı “Uran-6” robot sistemlərindən istifadə edirlər.
Bizim.Media