Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Bizim.Media-nın xəbərinə görə, təbrikdə deyilir: 

"Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. 

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır. 

Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir. 

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. 
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm. 

Əziz bacı və qardaşlarım! On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq.

İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin. Bayramınız mübarək olsun!" 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa EDİLDİ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa EDİLDİ

Rusiyada ölüm hökmü geri qaytarılır? - Dövlət Dumasına təklif edildi

Rusiyada ölüm hökmü geri qaytarılır? - Dövlət Dumasına təklif edildi

Çinlilərin yeni robot əli – VİDEO

Çinlilərin yeni robot əli – VİDEO

Bank kartlarından oğurluq edən şəxslər SAXLANILDI

Bank kartlarından oğurluq edən şəxslər SAXLANILDI

Tutulması üçün 5 milyon dollar vəd edilmiş - “Bağban” saxlanıldı

Tutulması üçün 5 milyon dollar vəd edilmiş - “Bağban” saxlanıldı

AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş – FOTO

AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş – FOTO

Çoxmərtəbəli binalarla bağlı YENİ QƏRAR – Kombidən sonra kondisionerlər də QADAĞAN OLUNACAQ?

Çoxmərtəbəli binalarla bağlı YENİ QƏRAR – Kombidən sonra kondisionerlər də QADAĞAN OLUNACAQ?

“Zirə” qapıçısı ilə müqaviləni UZADACAQ

“Zirə” qapıçısı ilə müqaviləni UZADACAQ

Qarabağda daha 68 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Qarabağda daha 68 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Moskvada yanğında ölənlərin sayı 7-yə çatdı – VİDEO

Moskvada yanğında ölənlərin sayı 7-yə çatdı – VİDEO

Gənc müəllimə şagirdlərlə nalayiq yazışmaya görə həbs edildi

Gənc müəllimə şagirdlərlə nalayiq yazışmaya görə həbs edildi

Bakıda güclü külək səbəbindən 34 ağac AŞIB

Bakıda güclü külək səbəbindən 34 ağac AŞIB

Ermənistanın yeni biometrik pasportlarında Ağrı dağının təsviri olmayacaq

Ermənistanın yeni biometrik pasportlarında Ağrı dağının təsviri olmayacaq

Ərini öldürdü və bu haqda kitab yazdı

Ərini öldürdü və bu haqda kitab yazdı

Buraxılış imtahanında ESSE TƏLƏBİ – 15 dəqiqə yetərli OLACAQMI?

Buraxılış imtahanında ESSE TƏLƏBİ – 15 dəqiqə yetərli OLACAQMI?

Qadın 60 metrlik yüksəklikdən yıxıldı – SAĞ QALDI

Qadın 60 metrlik yüksəklikdən yıxıldı – SAĞ QALDI

Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO

Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO

Memarlıq və İnşaat Universitetindəki yanğına görə tələbələr təxliyə olunurlar - RƏSMİ - VİDEO

Memarlıq və İnşaat Universitetindəki yanğına görə tələbələr təxliyə olunurlar - RƏSMİ - VİDEO

Uzunömürlülüyün sirri açıldı: Cəmi 3 məsləhətə qulaq asın

Uzunömürlülüyün sirri açıldı: Cəmi 3 məsləhətə qulaq asın

Həyat yoldaşını öldürən qatil 40 il gizləndi - Saxta adla saxlanıldı

Həyat yoldaşını öldürən qatil 40 il gizləndi - Saxta adla saxlanıldı

Yadplanetliləri araşdıran 10 alim yoxa çıxdı - SENSASİON DETALLAR

Yadplanetliləri araşdıran 10 alim yoxa çıxdı - SENSASİON DETALLAR

“Bakı Marafonu”nda 25 min nəfər qeydiyyatdan keçdi - 42 km məsafədə mübarizə aparacaqlar

“Bakı Marafonu”nda 25 min nəfər qeydiyyatdan keçdi - 42 km məsafədə mübarizə aparacaqlar

SON DƏQİQƏ: Memarlıq və İnşaat Universitetində yanğın – ÖZƏL/VİDEO

SON DƏQİQƏ: Memarlıq və İnşaat Universitetində yanğın – ÖZƏL/VİDEO

17 il ərzində 8 qadını boğaraq öldürdü – FOTO

17 il ərzində 8 qadını boğaraq öldürdü – FOTO

End of content

No more pages to load

RADİO