Yunanıstanda koronavirusla əlaqədar karantin müddəti uzadılıb.
Bizim.Media RYA Novosti-yə istinadən xəbər verir ki, ölkədə epidemioloji durum ağır olduğu üçün karantin müddəti yanvarın 11-nə qədər sərtləşdirilib. Eyni zamanda təhsil müəssisələri də fəaliyyətini həmin tarixdən etibarən davam etdirəcək.
Yunanıstanda epidemioloji vəziyyətin Avropa ölkələrinə nisbətən daha yaxşı olduğu bildirilir. Bununla belə yeni yoluxanların sayında hələ də artım müşahidə olunur. Milad bayramı günü 2500 nəfər virus səbəbindən xəstəxanaya yerləşdirilib. Onlardan 400 nəfəri reanimasiyadadır.
Alçina Amilqızı,Bizim.Media