Somalidə Türkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu olub.
Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 4 türk isə yaralanıb.
Türkiyənin Xarici İşlər Nazirliyi Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan türk şirkətində çalışanları hədəf alan hücumu şiddətlə qınayıb.
“Hadisə nəticəsində yaralanan 4 vətəndaşımızın sağlamlıq vəziyyətini yaxından izləyirik. Dost və qardaş Somali hökuməti və xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”,-deyə nazirliyin məluymatında qeyd edilib.
Bizim.Media