Sabirabadda ağır yol qəzası baş verib.
Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 31-də saat 22 radələrində Sabirabad şəhəri ərazisində Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.
Nəticədə sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Bizim.Media