Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bizim.Media