Qatar BMT TŞ-na məlumat göndərib ki, Bəhreyn onlara aid olan su hövzəsinə icazəsiz soxulub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Qatarın iddiasına görə, Bəhreynə məxsus hərbi qayıqlar noyabrda su sərhədini pozub.
Qatar XİN-nin bəyanatında deyilir ki, ötən ilin 25 noyabr tarixində Bəhreynin hərbi qayıqlarının sərhədi pozması Qatarın suverenliyini pozmaqdır.
Rəsmi Doha BMT-ni Bəhreyn tərəfdən pozuntulara son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırıb.
Bizim.Media