Koronavirus ana bətnindəki körpəyə keçə bilərmi? - Səhiyyə Nazirliyi açıqlama verdi 

“COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır.

Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

O bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artırmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır:

"İnfeksiyalaşmış anaların əksəriyyəti sağalır. Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər".

Mütəxəssis COVID-19 virusuna yoluxmuş ananın körpəyə süd verməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Ana südü ilə virusun yoluxması sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır. ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur.

Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur.

Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir.

Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19 da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir".

O, eyni zamanda, əmizdirmə zamanı gigiyenik qaydaların necə olmasına toxunub:

"Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi - VİDEO

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi - VİDEO

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

End of content

No more pages to load

RADİO