Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız B liqasının 1-ci qrupunda Farer adaları ilə qarşılaşıb. Millimiz 2:0 hesabı ilə qalib gəlib.
Qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.
Bizim.Media