UEFA "Fənərbaxça"nı cərimələyib.
Bizim.Media xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin Konfrans Liqasının pley-off mərhələsinin "Slaviya" ilə keçirilən səfər oyununda meydançaya yad əşyalar atmasıdır.
Onların bu davranışına görə UEFA-nın İntizam Komitəsi "sarı-lacivərtlilər"i 27 500 avro məbləğində cərimələyib.
Qeyd edək ki, "Fənərbaxça" Çexiyada keçirilən oyunda rəqibinə 2:3 hesabı ilə məğlub olaraq Avropa Konfrans Liqasında mübarizəni dayandırmışdı.
Bizim.Media