Rusiya prezidentinin sözçüsü Dmitri Peskov rusiyalı iş adamı Roman Abramoviçin Moskva ilə Kiyev arasında danışıqların təşkilində iştirak etdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
Peskov ilkin mərhələdə baş verənlərə aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda danışıqları hər iki ölkənin nümayəndə heyəti aparır.
Bundan əvvəl “The Wall Street Journal” nəşri yazıb ki, Zelenski Baydendən Abramoviçin Rusiya ilə danışıqlarda vasitəçilik etdiyinə görə hazırlanmış sanksiya siyahısından çıxarılmasını istəyib.
Bizim.Media