Hörmüz boğazında gəmiləri müşayiət edən Amerika gəmilərinə hücum edərlərsə, iranlılar "yer üzündən silinəcəklər".
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu hədə ilə "Fox News" telekanalına müsahibəsində çıxış edib.
Onun sözlərini telekanalın jurnalisti Trey Yinqst "X" sosial şəbəkəsində paylaşıb.
"Tramp “Fox News”a bildirdi ki, əgər amerikalıların gəmilərinə hücum etsələr, iranlılar yer üzündən silinəcəklər", - jurnalist Amerika liderinin sözlərindən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl Tramp bütöv bir İran sivilizasiyasını məhv edəcəyi ilə hədələmiş və onun bir daha heç vaxt bərpa olunmayacağını qeyd etmişdi.
Bizim.Media