Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, dərc olunan xəbərlərdə Prezidentin çıxışı həm Azərbaycan-Ermənistan sülh prosesində praktik əməkdaşlığın formalaşması, həm də Avropa institutları ilə siyasi gərginliklər fonunda davam edən diplomatik qarşıdurma kimi iki paralel xətt üzrə təqdim olunur.
 

İtaliyanın "Agenzia Nova", İsveçrənin "Swissinfo", Argentinanın "Infobae" kimi media resurslarında qeyd olunur ki, Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayır və bunu konkret iqtisadi, nəqliyyat addımları ilə əsaslandırır. Məqalələrdə Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyini və bu yanaşmanı ədalətsiz hesab etdiyini oxucuya çatdırılır.


Rusiyanın "Kommersant" nəşrində "Əliyev Avropa Parlamentini Ermənistanla sülh prosesini sabotaj etməkdə günahlandırıb" sərlövhəsi ilə dərc olunan məqalə Azərbaycan Prezidentinin çıxışını daha çox siyasi kontekstdə təqdim edərək onun həm sülh prosesi ilə bağlı nikbin mesajlar verdiyini, həm də Qərb institutlarını kəskin tənqid etdiyini vurğulayır.

Ümumi olaraq Rusiya mediası xəbəri iki əsas xətt üzrə təqdim edir. Bir tərəfdən Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, digər tərəfdən isə Qərb institutları ilə siyasi ziddiyyətlərin dərinləşməsi önə çəkilir.

Mərakeşin A5R5BR adlı xəbər platforması da əsasən Prezident İlham Əliyevin Avropa institutlarına yönəltdiyi tənqidlərə fokuslanır və xüsusilə Avropa Parlamentini sülh prosesinə müdaxilə etməkdə və onu zəiflətməkdə ittiham etməsini ön plana çıxarır.

Livan Milli Xəbər Agentliyinin (NNA Lebanon) yayımladığı material da əsasən Prezident İlham Əliyevin Avropa Parlamentini Ermənistan-Azərbaycan sülh prosesinə mənfi təsir göstərməkdə ittiham etdiyini ön plana çəkir.
 

Birləşmiş Ərəb Əmirliklərinin "Voice of Emirates" nəşri tərəfindən yayımlanan xəbərdə əsas vurğu ondan ibarətdir ki, Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərin dayandırıldığını elan edib və bu addımı qurumun Azərbaycan-Ermənistan sülh prosesinə mane olması ilə əsaslandırıb.


Gürcüstan mətbuatında da (1TV, IPRESS, On.ge, Netgazeti, NewsHub və digər media qurumları) yayılan materiallar ümumilikdə Prezident İlham Əliyevin çıxışını eyni əsas xətt üzrə təqdim edir.

Belə ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq faktiki sülh mühitinin formalaşdığı və tərəflər arasında müəyyən sabitliyin yarandığı vurğulanır. Xüsusilə iqtisadi əlaqələr, tranzit layihələri və regional kommunikasiya xətləri bu irəliləyişin praktiki göstəriciləri kimi təqdim olunur. (report.az)















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO