ABŞ-ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq hərbi yardımın ilk partiyalarının çatdırılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN-ə Ağ Evdən bildirib.
Qeyd olunub ki, hərbi yardımın yerdə qalan hissəsinin də mümkün qədər tez bir vaxtda Ukraynaya çatdırılması istiqamətində işlər davam etdiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıldığını açıqlayıb.
Bizim.Media