Hayastan fondu ilə nə baş verir? – “The National İnterest” erməniləri İFŞA ETDİ 

Amerikanın “The National Interest” nəşrində jurnalist Aleksandr Srbinovskinin “Hayastan” ümumerməni fondu ilə nə baş verir?” adlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə qondarma xeyriyyə təşkilatı olan “Hayastan” ümumerməni fondunun korrupsiya, cinayətkarlıq və hərbi cinayətlərə təhrikçilikdə uzun illər əli olduğu barədə məlumatlar öz əksini tapıb.

Qeyd edilir ki, ermənilərə həm də “Ximnadram” adı ilə tanış olan “Hayastan” ümumerməni fondu hələ 1992-ci ildə “Ermənistanın özünün iqtisadi inkişafını dəstəkləmək” məqsədilə erməni diasporundan pul toplanması üçün yaradılmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

“The National Interest”: "Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır"


Bütövlükdə fondun mövcudluğu dövründə Ermənistanın 1 milyona yaxın vətəndaşı ümumilikdə cəlb olunan təqribən 400 milyon dollar vəsaitdən necə də olsa istifadə edib.

Müəllif yazır ki, “Ximnadram” tərəfindən toplanan pullar 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın hərbi ehtiyacları üçün istifadə olunub. Fond qlobal telemarafonlar vasitəsilə təxminən 200 milyon dollar yığmağı bacarıb.. Fondun nizamnaməsində bu vəsaitlərin Ermənistan hökuməti tərəfindən birbaşa əldə etməsinin qeyri-mümkünlüyü dəqiq göstərilsə də, buna baxmayaraq, toplanan vəsaitin təqribən 60 faizi birbaşa dövlət büdcəsinə köçürülüb. 

“Ximnadram” fəaliyyətə başladığı ilk günlərdən Ermənistanın daxili siyasətinə cəlb edilib. 1992-ci ildə fond yaradılanda ona Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyanın rəfiqəsi və silahdaşı Manuşak Petrosyan rəhbərlik edirdi.

O, fonda başçılıq etdiyi dövr ərzində yetərincə varidat toplayıb, o cümlədən dəbdəbəli evlər, mağazalar və restoranlar şəbəkəsinə sahib olub.

Burada çirkli pulların yuyulması ilə bağlı sual ortaya çıxır. Qara bazarda illik təqribən 300 milyon dollar həcmdə vergilərin ödənməsindən yayınan ölkələrdən biri kimi Ermənistan və 30 il ərzində Azərbaycanın işğal altında olan Qarabağ regionu beynəlxalq təftişin uzun illər aparılması mümkün olmayan hüquqi “boz zona” kimi uzun müddət “Ximnadram”ın qeyri-qanuni fəaliyyəti üçün sığınacaq rolunu oynayıblar.

“Ximnadram” Ermənistanı işğal altında olan Qarabağla birləşdirən iki avtomobil magistralının tikintisini maliyyələşdirib: bu magistralın biri Azərbaycanın Şuşa və Laçın rayonlarından, digəri Kəlbəcər rayonundan keçir.

Qarabağda bir neçə digər yollara, o cümlədən “Şimal-Cənub” yoluna da asfalt döşənib. Müəllif qeyd edir ki, “Şimal-Cənub” yolu Araz çayının ən cənub sahillərini Ermənistan ilə birləşdirir və əvvəllər əsasən narkotiklərin və silahların daşınması üçün istifadə olunub. 

Lakin “Ximnadram”ın Qarabağda fəaliyyəti təkcə yolların tikintisi ilə məhdudlaşmır. Qondarma “Arsax”ın kəndlərini məskunlaşdırma” layihəsi çərçivəsində fond diaspordan olan ermənilərin Qarabağa qanunsuz yerləşdirilməsinə sponsorluq edib.

Xüsusən də tarixən azərbaycanlıların yaşadıqları yerlərdə məskunlaşdırılma üzrə səylərin qəbul edilməsi faktı layihənin evsizləri sadəcə evlə təmin etməkdən ibarət olmadığını göstərir: məqsəd azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq, yeni demoqrafik vəziyyət yaratmaq və dünya ictimaiyyətini icra edilən fakt qarşısında qoymaq idi. 

Əgər “xeyriyyə” pullarının hərbi əməliyyatların maliyyələşdirilməsi üçün istifadə olunması sübut olunarsa, o halda “Ximnadram”ın bir neçə hüquqi yurisdiksiyada vergilərdən qeyri-qanuni azad edilməsi məsələsi qaldırıla bilər. Çoxillik tədqiqatlar göstərir ki, Amerikanın xeyriyyə təşkilatları insanları aldadıb və hətta terrorçu təşkilatlar üçün ianə toplayıblar.

Məqalənin sonunda Srbinovski yazır ki, beləliklə, “Hayastan” ümumerməni fondunun vergisiz statusunun müxtəlif maraqlı qruplaşmalara dünyanın müxtəlif ölkələrində yaşayan insanlardan pul almağa və həmin vəsaiti öz maraqları, hətta hərbi məqsədlər üçün istifadə etməyə və bunun nəticəsində hərbi cinayətlərin törədilməsinə şərait yaradığını gözləmək olar.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

End of content

No more pages to load

RADİO