Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinin hazırlanması üzərində işləyir. Mübadilə üçün zəruri sənədlər və siyahılar artıq Koordinasiya Qərargahı tərəfindən hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatında bildirilir.
O, hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı ilə keçirilən görüşün nəticələrindən danışıb.
“Bu il artıq baş tutmuş mübadilələrin nəticələrini və növbəti mübadilələrə hazırlıq məsələlərini müzakirə etdik. Ümid edirik ki, yaxın vaxtlarda hazırda əsirlikdə olan ukraynalıları evdə qarşılaya biləcəyik”, – deyə dövlət başçısının bəyanatında qeyd olunub.
Bizim.Media