İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi"nin futbolçusu Mixaylo Mudriki antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan kənarlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu müddət oxşar qayda pozuntularına görə nəzərdə tutulan maksimum cəzadır.
Ukraynalı vinger bu sərt qərarla razı deyil və artıq qərardan şikayət vermə prosesinə başlayıb.
Məlumata əsasən, Mudrik Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya sənədləri təqdim edib.
CAS nümayəndələri artıq 25 yaşlı oyunçunun FA-nın qərarından şikayət etdiyini təsdiqləyiblər. Məhkəmənin rəsmi açıqlamasında qeyd olunub ki, Mudrik ona verilən 4 illik diskvalifikasiya müddətindən apellyasiya şikayəti verib. Hazırda tərəflər yazılı bəyanatlarla mübadilə aparırlar. Dinləmənin tarixi hələ müəyyənləşdirilməyib.
Bizim.Media