Baydenin iki Novruz təbriki arasındakı FƏRQ – ABŞ prezidenti nəyi qəsd edir?

Xəbər verdiyimiz kimi, martın 20-də ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibətilə təbirk ünvanlayıb.

Təbrikdə öz əksini tapan nüanslar, həm regional, həm beynəlxalq siyasi aspektlərdən xüsusi diqqət çəkib.

Təbii ki, bu gün dünyada cərəyan edən proseslər fonunda ABŞ kimi böyük gücün lideri tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktubunda siyasi ismarışların olacağı gözlənilən idi.

Mesajda ilk diqqət çəkən məqam Ağ Ev sahibinin Azərbaycanla əməkdaşlığa və birgə sülhə verilən önəmə diqqət çəkməsi olub. Məlumdur ki, 44 günlük Vətən savaşında qələbənin ardından Azərbaycan xarici siyasətində əsas prioritet istiqamətlərdən biri Cənubi Qafqaz regionunda 30 il davam edən konfliktdən sonra davamlı sülhün təmin olunması idi. Görünür, Azərbaycanın bu mütərəqqi amalı rəsmi Vaşinqton tərəfindən də rəğbətlə qarşılanır.

İkinci mühüm nüans isə, Baydenin Azərbaycanla münasibətlərin 30-cu ildönümü ilə bağlı xatırlatması olub. Bu mesaj Ağ Evin Azərbaycanla əlaqələrə nə qədər önəm verdiyinin əyani sübutudur. Xatırladaq ki, Azərbaycanla münasibətlərin 30-cu ildönümü ilə bağlı Ağ Evin ünvanladığı mesajda Cənubi Qafqazda sülh, demokratiya və tərəqqiyə verilən önəmdən bəhs edilmişdi. Görünür, günümüz reallığında regionun aparıcı oyunçusu kimi Azərbaycanın sülh, demokratiya və tərəqqinin inkişfındakı cəhdləri okeanın o tayında belə diqqət mərkəzindədir.

Üçüncüsü, məktubda öz əksini tapmış “Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - sözləri isə, Azərbaycanın beynəlxalq arenada vacib fiqur kimi qəbul olunduğunu göstəricisidir. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ prezidentindən Novruz bayramı ilə bağlı paylaşım - FOTO


Məlum olduğu kimi, Ukraynada davam edən münaqişə fonunda faktiki olaraq dünyada qütbləşmə bəlkə də tarixi maksimum həddinə çatıb.

Bu situasiyada Azərbaycanın yürütdüyü balanslı siyasət də heç kimə sirr deyil. Belə ki, rəsmi Bakı Ukraynanın ərazi suverenliyinə dəstəyini açıq şəkildə ifadə edib. Bununla yanaşı, Azərbaycan problemin sülh yolu ilə həlli istiqamətində əlini daşın altına qoymaqdan da geri durmayıb. Bütün bu nüanslar, eyni zamanda münaqişə tərəfləri ilə yüsək səviyyəli siyasi-iqtisadi əməkdaşlığa malik olması Azərbaycanın MDB regionunda təhlükəsizliyin təmin olunmasında nə qədər vacib oyunçu olduğunun ABŞ tərəfindən də qəbul gördüyünü sübuta yetirib.

Eyni zamanda günümüzdə Azərbaycanın iqtisadi tərəfdaş kimi logistik və enerji potensialı da ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Çünki özü Rusiya enerji mənbələrindən imtina edən Ağ Ev Avropa ölkələrinin də oxşar addımı atmasını vacib sayır və köhnə qitə üçün alternativ enerji mənbələrinin vacibliyini yüksək qiymətləndirir.

Belə olan halda isə, Azərbaycanın ön plana çıxması təbii ki, başadüşüləndir.

Məktubda öz əksini tapmasa belə, bir məqamı da diqqətə çatdırmaq vacibdir. Belə ki, Baydenin ötənilki Novruz təbrikində “Dağlıq Qarabağ münaqişəsinin həlli” məsələsi öz əksini tapsa da, bu dəfə eyni detala yer verilməyib. Bu məqam onu deməyə əsas verir ki, Qarabağ münaqişəsinin başa çatması reallığı artıq Ağ Ev tərəfindən də qəbul olunur.
 

Ümumilikdə isə, Dünyanın əsas güc mərkəzinə rəhbərlik edən Baydenin Azərbaycan Prezidentinə təbrik mesajı, istər regional, istərsə də beynəlxalq arenada rəsmi Bakıya verilən önəmin mühüm göstəricisidir.


Çünki Azərbaycan müstəqil, neytral, bütün ölkələrlə əməkdaşlıq çərçivəsində siyasət yürütməyi özünə prioritet seçmiş tərəf kimi istənilən dövlət üçün uğurlu tərəfdaş kimi etimad görür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

Kiberpolis hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxsi SAXLADI - VİDEO

Kiberpolis hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxsi SAXLADI - VİDEO

Azərbaycanda temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Azərbaycanda temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

“Qarabağ” transfer etmək istəyirdi, ÇSKA təklif göndərdi

“Qarabağ” transfer etmək istəyirdi, ÇSKA təklif göndərdi

“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir

“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir

Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO

Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Süd məhsulları ilə bağlı YENİ TƏLƏB – Qiymətlər yüksələcək?

Süd məhsulları ilə bağlı YENİ TƏLƏB – Qiymətlər yüksələcək?

Ornella Muti həm də Rusiya vətəndaşı olacaq - SƏBƏB

Ornella Muti həm də Rusiya vətəndaşı olacaq - SƏBƏB

2026-cı ildə bu universitetlər magistr qəbul etməyəcək

2026-cı ildə bu universitetlər magistr qəbul etməyəcək

İlham Əliyevin Berlinə səfəri Almaniya və dünya mediasının diqqət mərkəzində - FOTO

İlham Əliyevin Berlinə səfəri Almaniya və dünya mediasının diqqət mərkəzində - FOTO

İllər sonra ilk dəfə: 94 yaşlı "Yeşilçam" əfsanəsinin son halı sarsıtdı — FOTOLAR

İllər sonra ilk dəfə: 94 yaşlı "Yeşilçam" əfsanəsinin son halı sarsıtdı — FOTOLAR

İranda daha bir etirazçı edam edildi

İranda daha bir etirazçı edam edildi

Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkədən istifadə edə bilməyəcək

Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkədən istifadə edə bilməyəcək

Zelenski: Müharibəni Rusiyanın öz ərazisinə qaytarırıq – VİDEO

Zelenski: Müharibəni Rusiyanın öz ərazisinə qaytarırıq – VİDEO

Lerikdə "Niva" aşdı - VİDEO

Lerikdə "Niva" aşdı - VİDEO

Bu şəxslərə 422,8 min manat vəsait ÖDƏNİLDİ

Bu şəxslərə 422,8 min manat vəsait ÖDƏNİLDİ

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI

Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

ABŞ Senatında Pit Heqsetə etiraz etdilər: “Əlləriniz qan içindədir” – VİDEO

ABŞ Senatında Pit Heqsetə etiraz etdilər: “Əlləriniz qan içindədir” – VİDEO

Tehran və Paris arasında diplomatik qalmaqal: Fransalı diplomatlar dindirildi

Tehran və Paris arasında diplomatik qalmaqal: Fransalı diplomatlar dindirildi

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Doğulmamış körpələrini itirdilər - FOTO

Doğulmamış körpələrini itirdilər - FOTO

End of content

No more pages to load

RADİO