İngiltərənin "Everton" klubunun baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.
Bizim.Media xəbər verir ki, 44 yaşlı mütəxəssis evdə "Nyukasl" üzərində son dəqiqə qolu ilə qazanılan qələbəyə sevinərkən əlini sındırıb.
"Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazansaq, hər həftə əziyyət çəkəcəyəm", - deyə o əlavə edib.
Qeyd edək ki, "Everton" Premyer Liqanın XX turundan təxirə salınmış qarşılaşmada Aleks İvobinin 90+9-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Bizim.Media