UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Barselonadakı ilk görüşdə qapılara qol vurulmadığı üçün bu nəticə ilə "Barselona" 1/4 finala yüksəlib.
Bizim.Media