Rusiyanın Penza şəhərində bitiumun saxlanıldığı müəssisədə partlayış baş verib.
Bizim.Media xəbər verir ki, regional Fövqəladə Hallar İdarəsinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Qeyd edilib ki, partlayış zamanı orada 25 nəfər və 6 texnika olub.
Faktla bağlı araşdırma davam edir.
Bizim.Media