Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

“Xruşşovka” tipli köhnə binaların bazar dəyəri son illərdə artma tendensiyası göstərir. Bu artımın arxasında bir neçə iqtisadi və sosial amil dayanır. Xüsusilə söküntü ilə bağlı gözləntilər və kompensasiya imkanları bazara təsir edir.

Eyni zamanda yeni tikililərin yüksək qiyməti köhnə binalara tələbatı artırır. Bu faktorlar birlikdə daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına ciddi təsir göstərir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc “demokrat.az”a bildirib ki, “Xruşşovka” tipli köhnə binaların söküləcəyi ilə bağlı gözləntilər özlüyündə qiymət artımına səbəb olan amillərdən biridir:
 

"Bunun səbəbi ondan ibarətdir ki, bir sıra vətəndaşlar və investorlar düşünürlər ki, söküntü zamanı yüksək kompensasiya almaq mümkündür və ya həmin ərazilərdə yeni binalar tikildiyi halda, müvafiq sahəyə uyğun olaraq yeni mənzil əldə etmək olar. Bu isə hazırda “Xruşşovka” tipli binaların qiymətinin ən azı 50 faiz artmasına gətirib çıxara bilər. Lakin bu yanaşma risklidir, çünki söküntünün nə vaxt baş verəcəyi, həmin ərazidə yeni binanın tikilib-tikilməyəcəyi və ya veriləcək kompensasiyanın kvadratmetr üzrə hazırkı bazar dəyərindən nə qədər yüksək olacağı hələlik qeyri-müəyyən məsələlərdir".


O deyib ki, bahalaşmanın başqa bir səbəbi yeni tikili binaların həddən artıq yüksək qiymətlə bazara çıxarılmasıdır:

"Bu vəziyyət vətəndaşları ya həyət evlərinə, ya da köhnə binalara yönəldir və nəticədə köhnə binalara tələbatın davam etməsinə gətirib çıxarır. Beləliklə, həm söküntü ehtimalları, həm də yeni binalara maddi imkan çatmayan vətəndaşların köhnə binalara üz tutması qiymət artımını formalaşdıran əsas səbəblərdir. Üçüncü amil isə köhnə binaların hələ də ipoteka predmeti kimi istifadə olunmasıdır.

Halbuki şəhərin yenilənməsi məqsəd qoyulursa, yeni binaların daha çox təşviq olunması daha məqsədəuyğun olar. Köhnə binalar isə zamanla mərhələli şəkildə sökülərək şəhər mühitinin yenilənməsinə şərait yaratmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

End of content

No more pages to load

RADİO