Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ FOTO

Gəncədə, qonaqpərvərliyin və tolerantlığın birləşdiyi şəhərdə bir qəbirstanlıq var. Adına xalq arasında Yeni Səbiskar deyilir. Burada “Fəxri Xiyaban” var. Gəncənin bir çox mütəfəkkirləri, alimləri, yazıçıları, dövlət qulluqçuları bu xiyabanda dəfn olunub. Fəxri xiyabanda hər kəsin diqqətini cəlb edə biləcək bir kompleks də var. Burada qəbirlərin sayı 19-dur və maraqlısı budur ki, bu  kompleksdə qəbirlər aypara formasında dəfn olunublar. Tam mərkəzdə isə belə bir məlumat lövhəsi var:

“Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan sovet və ispan təyyarəçiləri...”

Bəs Azərbaycandan 5000 kilometrə yaxın məsafədə olan Avropa ölkəsinin təyyarəçiləri niyə məhz ölkəmizdə, Gəncədə dəfn olunublar?

Bizim.Media-nın yerli bürosu bu tarixin izilə bəzi məqamları araşdırıb.

1936-cı ildə İspaniyada solçu respublikaçılar və millətçi mühafizəkarlar arasında vətəndaş müharibəsi başlayıb. Müharibənin gedişində Almaniya, Portuqaliya və İtaliya ispan millətçilərini, SSRİ və Meksika isə respublikaçıları dəstəkləyib. Tarixi mənbələrdən aydın olur ki, sovet hökuməti o vaxt İspaniyadakı tərəfdarlarına "X Əməliyyatı" adı altında xeyli silah-sursat, təyyarə və hərbi mütəxəssislər yollayıb.


1937-ci ildən isə İspaniya Respublikasından olan kursantların SSRİ-dəki aviasiya məktəblərində təlim keçmələri barədə razılığa gəlinir. Bu məqsədlə Gəncə şəhərində yalnız ispan kursantların yetişdirilməsi üçün 20 saylı Hərbi Pilot Məktəbi açılır.

1936–1939-cu illərdə Gəncədə fəaliyyət göstərən hərbi təyyarəçilər məktəbi həmin dövr üçün strateji əhəmiyyət daşıyırdı. Burada təxminən 200–500 arasında ispan pilot xüsusi hazırlıq keçərək qısa müddət ərzində döyüş aviasiyasının əsaslarını mənimsəyiblər. Təlimlər 5–6 ay davam edir, kursantlara qırıcı və bombardmançı təyyarələrin idarə olunması, hava döyüşü taktikası və texniki xidmət sahəsində biliklər aşılanırdı. Bu gənclərin böyük əksəriyyəti 18–25 yaş aralığında idi.

İspan pilotlar Gəncədə niyə təlim keçmişdilər?

Mövzu ilə bağlı tarixçi Cavid Bağırzadə qeyd edir ki, Gəncədə təlim keçmiş ispan pilotlar yalnız İspaniya müharibəsi dövründə deyil, sonrakı mərhələdə – İkinci Dünya müharibəsi zamanı da fəal iştirak ediblər:


“Onların bir hissəsi Sovet ordusunun tərkibində döyüşərək xüsusilə Bakı kimi strateji əhəmiyyətli şəhərlərin hava məkanının qorunmasında böyük rol oynayıblar. Bu fakt həmin pilotların hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin yüksək olduğunu göstərirdi” deyə tarixçi əlavə edib.

Cavid Bağırzadənin sözlərinə görə bununla yanaşı, o zaman, ispan kursantlar hərbi təlimlər keçdiyi zaman uçuşlar itkilərsiz ötüşməyib:

“Altı ay hərbi təyyarəni öyrənmək üçün çox az bir müddət idi. O zamanlar indiki kimi təyyarəçiləri uçuşa hazırlamaq üçün xüsusi trenajorlar yox idi. Onların bu müddətə təyyarəçi kimi hazırlanması üçün təlimçilər gərgin iş rejmində işləyirdilər. Tez-tez təcrübəsiz kursantlar qəzalar törədirdi ki, bu da özləri ilə yanaşı təlimçilərin də həyatları bahasına başa gəlirdi.

Buna görə 2 illik təlimlər müddətində 9 ispan kursant və 10 nəfər SSRİ-dən olan təlimçi həyatını itiriblər. Həmin ispan pilotlar əvvəlcə Gəncədə yerləşən köhnə qəbiristanlıqda dəfn olunublar.


Lakin sonrakı dövrdə şəhərdə yeni – “Yeni Səbiskar” adlanan qəbiristanlıq salındıqdan sonra həmin məzarlar köçürülüb. Bu köçürülmə nəticəsində ispan pilotların qəbirləri yeni ərazidə xüsusi formada – aypara şəklində düzülərək dəfn edilib. Bu məkan bu gün də qorunur və tarixi yaddaşın mühüm elementlərindən biri hesab olunur”, - deyə tarixçi Cavid Bağırzadə vurğulayıb.

Niyə aypara formasında dəfn olunublar?

Tarixçi məzarların aypara formasında yerləşdirilməsinin də yalnız təsadüfi deyil, həm də simvolik məna daşıdığını qeyd edir:

“Bu düzülüş bir tərəfdən kollektiv yaddaşı ifadə edir, digər tərəfdən isə həmin pilotların vahid məqsəd uğrunda birləşmiş talelərini simvolizə edir. Bu qəbrləri yaxın illərdə ispan pilotların yaxınları və qohumları da ziyarət ediblər”, - deyə Cavid Bağırzadə vurğulayıb.

Gəncədə ispan təyyarəçilərinin xatirəsinin yaşadılması istiqamətində mühüm addımlardan biri də Gəncə şəhər şəhid Vüqar Veysəlov adına 30 saylı orta məktəb daxilində yaradılan muzeydir. Bu muzeyin məhz bu binada yaradılması da təsadüfi deyil.

Məktəbin direktoru Vüsal Həsənovun sözlərinə görə bu bina məhz 1937-39-cu illərdə ispan kursantların hazırlanması üçün təşkil edilən təlim mərkəzinin binası olub:


“İspan kursantların yetişdirilməsi üçün 1937-ci ildə 20 saylı Hərbi Pilot Məktəbi Gəncədə, məhz hazırda bizim məktəbin binası yerləşən yerdə açılıb. Tarixi mənbələrə görə ilk dəfə 193 ispan kursantın təlimlərə cəlb olunduğu məlumdur. Məktəbdə dərslər 6 aylıq olub. İki il ərzində 5 dəfə məzun buraxılıb. Sonuncu 185 nəfərlik qrupun təlimləri 1939-cu ilin mayında yekunlaşıb. Lakin bundan 1 ay qabaq İspaniyada general Frankonun rəhbərliyi ilə millətçilərdən ibarət diktatura rejimi qurulduğuna görə, pilotlar öz ölkələrinə geri dönə bilməyiblər. Həmin pilotlardan 84 nəfəri Meksikaya gedib, qalanları isə SSRİ-də qalıb” deyə Arzu əlavə edib.

Rəqəmlərlə ifadə olunan tarix...

Məktəbin direktorunun sözlərinə görə muzeydə pilotların fotoşəkilləri, şəxsi məlumatları və arxiv materialları nümayiş etdirilir.

Muzey həm tarixi faktların qorunması, həm də gənc nəslin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:


“Son illərdə İspaniyadan həmin pilotların övladları və nəvələrinin Gəncəyə səfərləri bu tarixə yeni bir nəfəs verdi. Onlar bizim muzeyi ziyarət etdilər. Burada olan şəkillər, tarixi faktlar, arxiv materialları ispanlar tərəfindən çox maraqla qarşılandı. Ötən ilin yayında  İspaniya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sanço da muzeyimizi ziyarət edib.

Xanım Kristina Latore Sanço muzeyin zənginliyi və burada ispan xalqına göstərilən ehtiramdan dərin təsirləndiyini dilə gətirib. O vurğulayıb ki, muzey Azərbaycan və ispan xalqları arasında möhkəm dostluğun bariz nümunəsidir. Buradakı hər bir eksponat dəyərlidir. Səfir həmin tarixi yaddaşlarda yaşatdığımız üçün minnətdarlığını bildirib” deyə Vüsal Həsənov əlavə edib.

Beləliklə, Gəncədə ispan təyyarəçilərinin hazırlanması və onların bir qisminin burada dəfn olunması XX əsr tarixinin mühüm və çoxşaxəli səhifələrindən biridir. Bu tarix bir tərəfdən rəqəmlərlə ifadə olunur – yüzlərlə pilot, onlarla itki – digər tərəfdən isə insan talelərinin, yaddaşın və beynəlxalq həmrəyliyin canlı nümunəsi kimi bu günə qədər yaşayır.


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Sorğu: İsraillilərin 92%-i İranın müharibədən qalib ayrıldığını düşünür

Sorğu: İsraillilərin 92%-i İranın müharibədən qalib ayrıldığını düşünür

Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Hörmüz boğazı bağlı qalır: SEPAH gəmilərin keçidinə icazə vermir

Ukrayna dronları Krasnodarı kütləvi atəşə tutdu: Kerç və "Qafqaz" limanları yanır - VİDEO

Ukrayna dronları Krasnodarı kütləvi atəşə tutdu: Kerç və "Qafqaz" limanları yanır - VİDEO

Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi - FOTO

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Bakıda verilən suyun həcmi müvəqqəti azaldıldı

Azərbaycan dili fənni üzrə test imtahanı KEÇİRİLDİ

Azərbaycan dili fənni üzrə test imtahanı KEÇİRİLDİ

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

End of content

No more pages to load

RADİO