Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

Gəncədə yerləşən günəbaxan tumu emalı sexində irimiqyaslı yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsi ərazisində, Ə.Arazov küçəsində fəaliyyət göstərən sexdə qeydə alınıb.

Sexdə qəfil başlayan alov qısa müddətdə genişlənərək böyük sahəni əhatə edib.

Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Rəsmi məlumata əsasən, yanğın nəticəsində sexin 1500 kvadratmetr sahəsi, o cümlədən avadanlıq və hazır məhsul yanıb.

Hazırda ərazidə yanğının tam söndürülməsi və soyutma işləri davam etdirilir.

Sexdə günəbaxan tumunun tezalışan məhsul olması və anbarda yağların toplanması yanğının genişlənməsinə, eləcə də söndürmə işlərində çətinliklərin yaranmasına səbəb olub.

Hadisə nəticəsində xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Yanğının başvermə səbəbi və dəymiş maddi ziyanın məbləği FHN və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.  Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

Bitcoin son üç ayın ən yüksək səviyyəsinə çatdı

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı var – VİDEO

Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı var – VİDEO

Çempionlar Liqası: "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə

Çempionlar Liqası: "Arsenal" və "Atletiko Madrid" üçün həlledici gecə

Evinizə arı gəlirsə, bunun 3 mənası var

Evinizə arı gəlirsə, bunun 3 mənası var

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar – FOTO

Prezident: "Azərbaycan-İtaliya dostluğu bundan sonra da inamla davam etdiriləcək" – VİDEO

Prezident: "Azərbaycan-İtaliya dostluğu bundan sonra da inamla davam etdiriləcək" – VİDEO

Alyona Əliyevadan yeni paylaşım - FOTO

Alyona Əliyevadan yeni paylaşım - FOTO

Həftədə 1 gün işləyir, ayda 450 min alır

Həftədə 1 gün işləyir, ayda 450 min alır

Bütün şəhər bir binada yaşayır - Fotolar

Bütün şəhər bir binada yaşayır - Fotolar

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil

Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ – FOTO

Vətənləri üçün döyüşmək istədilər, Gəncədə dəfn olundular – 19 ispan pilotun FACİƏVİ TALEYİ FOTO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

Gəncədə güclü yanğın: 1500 kvadratmetr sahə külə döndü - FOTO-VİDEO

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

Hansı bürcün kişiləri XƏSİS olur?

Hansı bürcün kişiləri XƏSİS olur?

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

End of content

No more pages to load

RADİO