Avropa Birliyi (AB) Belarusun Ukrayna təcavüzünün tərəfdaşı olduğunu və bu ölkədəki vəziyyət üçün tam məsuliyyət daşıyacağını bildirib.
Bizim.Media İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiya ATƏT Daimi Şurasının xüsusi iclasında səsləndirilib.
AB Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmağı, Ukraynadan qoşunları çıxarmağı və bu ölkənin ərazi bütövlüyünə hörmət etməsini tələb edib.
Bizim.Media