Kuba heç vaxt başqa bir imperiyanın müstəmləkəsinə çevrilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Karib dənizi respublikasının prezidenti Migel Dias-Kanel bildirib.
X platformasında paylaşım edən Dias-Kanel qeyd edib: “İki imperiyanın müstəmləkəsi və neomüstəmləkəsi olmağın nə demək olduğunu yaxşı bilən Kuba əmindir ki, heç vaxt yenidən belə olmayacaq”.
O əlavə edib ki, müstəqillik, suverenlik və öz müqəddəratını təyinetmə hüququ uğrunda axıdılan qan hədər tökülməyib və onlar sonadək müdafiə olunacaqlar.
Bu bəyanat ABŞ Prezidenti Donald Trampın sentyabrın 7-də "Truth Social" sosial şəbəkəsində dərc etdiyi xəritədən sonra gəlib. Həmin xəritədə Kanada, Meksika, Mərkəzi Amerika və Karib hövzəsinin bir sıra ölkələri, o cümlədən Kuba və Qrenlandiya ABŞ bayrağının rəngləri ilə boyanıb. Tramp bu təsviri heç bir şərhlə müşayiət etməyib.
Bizim.Media