Göygöldə 50 yaşlı kişinin cansız bədəni aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
1976-cı il təvəllüdlü Fədai Hüseynovun meyitini yaxınları yaşadığı evdə aşkar ediblər. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu