Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Ermənistan hakimiyyəti Azərbaycanla sülh quruculuğuna üstünlük verir, Baş nazir Nikol Paşinyan buna mane olan radikalları neytrallaşdırmaq istiqamətində zəruri addımlar atır. Ancaq erməni diasporu Ermənistan hökumətinə tabe deyil və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə təbliğat kampaniyaları və təxribatçı sərgilər keçirməkdə davam edir. Erməni diasporu yaxın günlərdə Parisdə və Praqada Azərbaycana qarşı növbəti aksiyalar keçirəcək. Hər iki aksiyaya şəhər meriyalarının razılığı alınıb.

Bizim.Media Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, erməni diasporu müxtəlif aksiyalar vasitəsilə yaşadıqları ölkələrin siyasi dairələrinin və ictimai rəyinin Azərbaycan əleyhinə formalaşmasına çalışır:

“Deyək ki, Fransanın siyasi dairələri əvvəldən antiazərbaycan mövqeyə kökləniblər. Bəs Çexiya niyə antiazərbaycan mövqeyində dayansın? Çexiya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa üstünlük verir. Bu arada, Polşanın dövlət tərəfindən maliyyələşən İctimai Televiziya kanalında Azərbaycan əleyhinə təxribatçı reportaj yayımlanıb.

Bu səbəbdən Polşanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etirazı notası təqdim edilib. Halbuki Çexiya kimi, Polşa da Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biridir. Böyük ehtimalla yaxın günlərdə erməni diasporunun təxribatçı aksiyalarına şərait yaratdıqlarına görə Fransa və Çexiya səfirləri də Xarici İşlər Nazirliyinə çağırılacaqlar. Belə də olmalıdır. Ancaq medalın başqa üzü də var.

Erməni diasporu oxşar təxribatçı aksiyaları digər Avropa dövlətlərində və ABŞ-ın ştatlarında da keçirə bilər. Deməli, Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan və nota təqdim edilən səfirlərin sayı artacaq. Elə erməni diasporunun məqsədi Azərbaycanın Avropadakı tərəfdaşlarıyla münasibətlərdə sualların yaranmasını təmin etməkdir.

Bunun qarşılığında Diasporla İş üzrə Dövlət Komitəsinin hansısa fəaliyyət proqramı var?

Erməni diasporu Azərbaycanda həbs cəzası çəkən erməni separatçıların azadlığını tələb edən aksiyalar keçirərkən, biz həmin separatçıların törətdikləri cinayətlər barədə müxtəlif ölkələrdə tədbirlər keçirə bilmərikmi? Və ya Qərb ölkələrinin tamamı etiraf edir ki, Ermənistan və erməni separatçıları Qarabağ və Şərqi Zəngəzurda sayı bəlli olmayan minalar basdırıblar və müharibədən sonra partlayışlar nəticəsində yüzlərlə vətəndaşımız həlak olub, ağır yaralananlar var.

Ermənistan minaların basdırıldığı ərazilərin xəritələrini Azərbaycana təqdim etmədi. Bundan sonra rəsmi Bakı müxtəlif dövlətlərə minaların müəyyələnşdirilməsində Azərbaycana dəstək çağırışı etdi. Qərb ölkələrinin bir qismi dəstək verəcəklərini açıqladı. Ancaq minalar yenə partlayır.

Bununla bağlı da müxtəlif ölkələrdə tədbirlər keçirmək və həmin tədbirlərə yerli siyasətçiləri, ictimai xadimləri və medianı dəvət etmək olar. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyət planı olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO