Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

Azərbaycanda bəzi universitetlərdə təhsil haqlarının artırılması xüsusilə yeni qəbul olan tələbələr və onların valideynləri arasında narazılığa səbəb olub. Artan təhsil haqları fonunda sosial həssas qruplara hansı güzəştlərin tətbiq oluna biləcəyi də gündəmə gəlir.

Bəs təhsil haqqının ödənilməsində kimlərə güzəşt edilə bilər?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənlinin fikrincə, burada əsas məsələ yalnız təhsil haqqının artırılması deyil, artımın əsaslandırılması və tələbəyə təqdim olunan təhsilin həmin məbləğə adekvat olub-olmamasıdır:

“Universitet təhsil haqqını artırırsa, tələbə də haqlı olaraq soruşur ki, bu artımın qarşılığında təhsilin keyfiyyətində, müəllim heyətində, laboratoriyalarda, resurs və imkanlarda, təcrübə proqramlarında, karyera dəstəyində nə dəyişəcək? Güzəşt məsələsində isə sosial həssas qruplara xüsusi yanaşma vacibdir. Hazırda qanunvericiliyimizdə şəhid ailəsi üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, müəyyən əlillik kateqoriyalarına aid şəxslər, müharibə veteranları və digər sosial qruplar üçün təhsil haqqından azadolmalar nəzərdə tutulur”.

Əmrah Həsənli deyib ki, maddi çətinlik yaşayan tələbələr üçün təhsil təqaüdü mexanizmi də mühüm alternativdir:

“Amma universitetlərin daxili imkanları hesabına akademik göstəricilərə, sosial vəziyyətə, ailənin maddi durumuna görə əlavə endirimlər tətbiq etməsi də təşviq olunmalıdır. Məsələn, yüksək nəticə göstərən tələbəyə təqaüd, aztəminatlı ailədən olan tələbəyə sosial güzəşt, qardaş və bacılar eyni universitetdə təhsil alırsa, ailə güzəşti və ya təhsil haqqının hissə-hissə ödənilməsi kimi mexanizmlər tətbiq edilə bilər”.

Təhsil haqqının təhsil səviyyəsinə uyğunluğu məsələsinə gəldikdə isə, ekspert bildirib ki, bütün universitetlər haqqında eyni fikir söyləmək olmaz:

“Eyni məbləğdə təhsil haqqı ödəyən tələbələr eyni keyfiyyətdə təhsil almırsa, burada ciddi bir problem yaranır. Universitetlər təhsil haqqının formalaşmasına təsir edən amilləri daha şəffaf izah etməlidirlər. Tələbə bilməlidir ki, ödədiyi məbləğ hansı xidmətlərə, hansı akademik resurslara və hansı imkanlara yönəlir. Hesab edirəm ki, növbəti mərhələdə universitetlər üçün əsas meyar sadəcə “təhsil haqqını nə qədər artırmaq olar?” sualı yox, “artırılan təhsil haqqının qarşılığında biz tələbəyə hansı əlavə dəyəri təqdim edirik?” sualı olmalıdır. Təhsil haqqı artırılırsa, bunun tələbə üçün real və ölçülə bilən keyfiyyət artımı ilə müşayiət olunması da olduqca vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO