Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Azərbaycanda meşə ərazilərində, yol kənarlarında və digər təbii sahələrdə yabanı meyvə, giləmeyvə, göbələk, bitki və digər təbii məhsulların toplanması adi haldır. Xüsusilə yay və payız aylarında vətəndaşların meşələrə gedərək müxtəlif məhsullar toplaması geniş yayılıb. Lakin hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması mümkün deyil.

Qanunvericilik meşə sərvətlərindən istifadəyə müəyyən məhdudiyyətlər qoyur və bəzi hallarda bunun üçün xüsusi icazə və ya meşə bileti tələb olunur.

Məsələ ondadır ki, vətəndaşların şəxsi ehtiyacları üçün təbii məhsullar toplaması ilə kommersiya məqsədilə və ya xüsusi mühafizə olunan ərazilərdən qanunsuz istifadə arasında hüquqi baxımdan ciddi fərqlər var. Eyni zamanda, müəyyən ərazilərdə və bəzi məhsulların toplanması zamanı tətbiq olunan qaydaların pozulması inzibati məsuliyyətə səbəb ola bilər.

Bəs vətəndaşlar meşə və digər təbii ərazilərdən hansı məhsulları sərbəst toplaya bilər? Hansı hallarda meşə bileti və ya digər icazə tələb olunur? Qanunvericiliyə zidd olaraq yabanı meyvə, bitki, göbələk və digər təbii məhsulların toplanmasına görə vətəndaşları hansı cərimələr və digər məsuliyyət növləri gözləyir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən, fiziki şəxslər, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər.

Onun sözlərinə görə, vətəndaşın adi meşə ərazisində şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə müəyyən təbii məhsulları toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir və bununla bağlı ümumi qadağa yoxdur:

“Meşə bileti məsələsi isə xüsusilə o zaman yaranır ki, həmin meşə sahəsində müəyyən məhsulların toplanması ümumiyyətlə qadağan edilib və ya onların yığılmasına yalnız meşə bileti əsasında icazə verilir. Bundan əlavə, fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zaman da müvafiq hüquqi tələblərə əməl olunması zəruridir. Xüsusi rejimli meşələrdə və xüsusi mühafizə olunan ərazilərdə isə daha sərt qaydalar tətbiq oluna bilər.

Hazırkı İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahəsində bu məhsulların yığılmasının qadağan edildiyi ərazidə və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən sahədə meşə bileti olmadan və özbaşına toplama inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400–600 manat, vəzifəli şəxslər 2 000–2 500 manat, hüquqi şəxslər isə 5 000–6 500 manat məbləğində cərimə edilə bilərlər.

Yəni burada əsas məsələ vətəndaşın meşədən yabanı meyvə, giləmeyvə və ya göbələk toplamasının özü deyil. Əsas məsələ həmin məhsulların harada, hansı məqsədlə və hansı qaydada toplanmasıdır.

Adi meşə sahəsində şəxsi istifadə üçün bu cür məhsulların toplanması qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində mümkündür. Lakin toplama qadağan edilmiş ərazidə və ya meşə bileti tələb olunan sahədə icazəsiz məhsul yığılması artıq qanun pozuntusu hesab olunur.

Bununla yanaşı, “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan bitkilərin toplanmasına xüsusi diqqət yetirilməlidir. Belə bitkilərin təbiətdən götürülməsi və toplanması ümumi qaydada sərbəst fəaliyyət hesab edilmir və qanunvericiliklə qorunur. Vətəndaşlar meşədə və ya digər təbii ərazilərdə rast gəldikləri nadir bitkiləri tanımadan toplamaqdan çəkinməlidirlər. Çünki bitkinin yabanı olması onun istənilən şəxs tərəfindən sərbəst şəkildə götürülə biləcəyi anlamına gəlmir.

Bu baxımdan, təbii ərazilərdə məhsul toplayan şəxslər əvvəlcə həmin ərazinin hüquqi statusuna, toplamaq istədikləri məhsulun növünə və onunla bağlı xüsusi məhdudiyyətlərin olub-olmamasına diqqət etməlidirlər. Xüsusilə “Qırmızı Kitab”a daxil olan bitkilərin qorunması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

End of content

No more pages to load

RADİO