Prezidentin xüsusi nümayəndəsi rumıniyalı iş adamlarını Qarabağa dəvət etdi - FOTO

Rumıniyanın Maramureş regionu ilə Qarabağın Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Maramureş regionunun Ticarət və Sənaye Palatasının sədri Florenrin Nikolae Tuş ilə görüş keçirib.

Görüşdə Maramureş regionunun iş adamları və yerli sahibkarları iştirak ediblər.

Görüşdə Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında əməkdaşlığın inkişaf perspektivləri və biznes əlaqələrin genişlənməsi məsələləri müzakirə olunub.
 

Florenrin Nikolae Tuş birbaşa təmasların qurulması, ticarətin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.


Elçin Yusubov, öz növbəsində, Qarabağda aparılan genişmiqyaslı tikinti və infrastruktur layihələri, investorlar üçün yaradılan əlverişli şərait və vergi imtiyazları barədə qarşı tərəfə geniş məlumat verib.

O, Azərbaycan ilə Rumıniya arasında mövcud olan ticarət dövriyyəsinin müsbət dinamikasından söz açaraq regionlararası əməkdaşlığın inkişafının iqtisadi göstəricilərin daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd edib. Elçin Yusubov Maramureş iş adamları və yerli sahibkarları Qarabağa səfər etməyə dəvət edib.

Tərəflər əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

İqtisadi əməkdaşlığın inkişafı müstəvisində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Maramureşdə yerləşən və Avropanın iri mebel istehsalçılarından biri olan "Aramis" fabrikini ziyarət edib, istehsalat ilə tanış olublar. Mebel fabrikinin rəhbərliyi Qarabağ ilə əməkdaşlığa maraq göstərərək yaxın zamanda bölgəyə səfər etmək niyyətini ifadə ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

End of content

No more pages to load

RADİO