Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinə və bu səfər çərçivəsində əldə olunsn razılaşmaların praktik həyata keçirilməsinə həsr olunan materiallar dərc etməkdə davam edir.

Bizim.Media xəbər verir ki, “Kabar” agentliyi, Kaktus.media, Tazabek və Super.kg İssık-Kul sahilində yerləşən beşulduzlu Baku Resort & Spa hotel kompleksinin açılışı barədə məlumat yayıblar.

Nəşrlərin yazdığına görə, layihə Qırğızıstan-Azərbaycan investisiya əməkdaşlığı çərçivəsində həyata keçirilib və İssık-Kul vilayətinin turizm potensialının inkişafına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
 

Qırğızıstan KİV-ləri dövlət səfərinin humanitar proqramında Azərbaycanın, Qırğızıstanın və Özbəkistanın birinci xanımlarının iştirakına da diqqət ayırıblar. Kaktus.media və Vesti.kg yazıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Aygül Japarova və Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə birlikdə Çolpon-Atada yerləşən “Altın balalık” Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.


24.kg nəşri Oş və Gəncə şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə də məlumat yayıb. Nəşrin məlumatına görə, sənəd regionlararası əməkdaşlığın inkişafını nəzərdə tutur.

Tazabek nəşri Qırğızıstan-Azərbaycan əməkdaşlığının praktik istiqamətlərinə dair materiallar dərc edib. Yazılarda bildirilir ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondu 30-a yaxın layihəyə baxır, həmçinin imzalanan sənədlər çərçivəsində Qırğızıstan ərazisində kiçik su elektrik stansiyalarının tikintisi məsələləri müzakirə olunub.

Bundan əlavə, nəşr fondun vəsaitlərinin xammalın emalı və idxalın şaxələndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldilməsinin məqsədəuyğunluğu barədə ekspert rəyini təqdim edib.

Qırğızıstan KİV-lərinin yeni materiallarında əsas diqqət əldə olunan razılaşmaların praktik icrasına, ilk növbədə investisiya, energetika, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəldilib. (AZƏRTAC)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN - FOTO

İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN - FOTO

Dünyada ən çox istifadə olunan emoji

Dünyada ən çox istifadə olunan emoji

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO

Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO

İsmayıllıdakı toyda zəhərlənənlərin SON DURUMU

İsmayıllıdakı toyda zəhərlənənlərin SON DURUMU

Şəhid Cümşüd Məmmədovun nəşi Laçında TORPAĞA TAPŞIRILDI - FOTO

Şəhid Cümşüd Məmmədovun nəşi Laçında TORPAĞA TAPŞIRILDI - FOTO

12 il əvvəlki “Qarabağ”ın - Sonuncu mogikanı...

12 il əvvəlki “Qarabağ”ın - Sonuncu mogikanı...

Laçına qayıdan sakinlərin sayı açıqlandı

Laçına qayıdan sakinlərin sayı açıqlandı

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

Moskva və Ankara arasında nə baş verir? – Gərginliyin PƏRDƏARXASI

Moskva və Ankara arasında nə baş verir? – Gərginliyin PƏRDƏARXASI

4 gün Azərbaycanda 41 dərəcə isti olacaq – RƏSMİ

4 gün Azərbaycanda 41 dərəcə isti olacaq – RƏSMİ

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın həyatını itirdi – FOTO

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın həyatını itirdi – FOTO

ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı

ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb — Ukrayna kəşfiyyatı

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb — Ukrayna kəşfiyyatı

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Bu il qida zəhərlənmələri ən çox hansı ayda baş verib? – RƏSMİ AÇIQLAMA

Bu il qida zəhərlənmələri ən çox hansı ayda baş verib? – RƏSMİ AÇIQLAMA

İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı – Açıqlama

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı – Açıqlama

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO

34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO

Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

End of content

No more pages to load

RADİO