İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

Artıq ixtisas seçimi başa çatıb. Bu baxımdan maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il oğlan və qız abituriyentlərin ən çox yönəldiyi sahələr hansılar oldu?

Pedaqoji ixtisaslara maraq hələ də varmı?

Bizim.Media xəbər verir ki, AzEdu.az-a bu barədə açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, III qrupda 8 min tələbənin, abituriyentin kəsiləcəyi gözlənilir:
 

"12-19 avqust tarixlərində keçirilən ixtisas seçimində 87 mindən artıq abituriyent öz ixtisas ərizəsini təsdiqləyibdir. Təbii ki, burada I və II qrupda gərginlik nisbətən aşağıdır, çünki burada plan yerləri iddiaçıların sayına nisbətdə yaxşıdır, ancaq III və IV qrupda kifayət qədər gərginlik yüksəkdir.


Xüsusilə də III qrupda keçirilən müsabiqə şəraitində gərginlik çoxdur, ən azı 5 və ya 8 min tələbənin, abituriyentin kəsiləcəyi gözlənilir. Bununla əlaqədar həm Dövlət İmtahan Mərkəzinin rəhbərliyi öz fikrini bildirmişdi, eyni zamanda statistik təhlillərə baxan zaman bunu aydın şəkildə görmək olur.

İxtisas seçimi edən zaman təbii ki, burada daha yüksək bal toplayanlar özlərinin əvvəldən planlaşdırdığı istiqamətdə həm texniki sahə, həm ümumən humanitar sahədə gedirlər, ancaq nisbətən aşağı bal toplayanlar isə təbii ki, gələcəkdə yaxşı iş tapmaq ümidi ilə ixtisaslarını seçirlər".

Müəllimlik ixtisasını seçənlər kifayət qədər azdır:
 

"Daha çox valideynlərdən, nənə-babalarından və şagirdlərin özündən eşidirik ki, onlar ixtisas seçməkdən daha çox universitetə qəbul olmağa çalışırlar və təbii ki, bütün gələcək işlərin bacarıqla əlaqəli olduğunu başa düşürlər və sadəcə diplom burada vasitəçi rol oynadığını bilirlər. Təbii ki, burada xüsusi ixtisaslar var ki, müəllimlikdir, hüquqşünaslıqdır və tibb istiqamətləridir ki, bunlar birbaşa həmin pedaqoji və ya humanitar sahənin, eyni zamanda tibb sahəsinin diplomları birmənalı şəkildə gərəkdirir.


Məhs buna görə də həmin ixtisaslar istiqamətində, habelə ixtisas hüquq və tibb istiqamətində bu il daha da yüksəkdir, yəni daha da yüksək əmsaldadır. Buna görə də düşünürəm ki, həmin ixtisaslar istiqamətində yerlər üçün kifayət qədər gərginlik yaranacaq. Ancaq könüllü olaraq da müəllimliyi seçənlər də var, ama bu ümumi nisbəti götürəndə kifayət qədər azdır".
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

12 il əvvəlki “Qarabağ”ın - Sonuncu mogikanı...

12 il əvvəlki “Qarabağ”ın - Sonuncu mogikanı...

Laçına qayıdan sakinlərin sayı açıqlandı

Laçına qayıdan sakinlərin sayı açıqlandı

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

Moskva və Ankara arasında nə baş verir? – Gərginliyin PƏRDƏARXASI

Moskva və Ankara arasında nə baş verir? – Gərginliyin PƏRDƏARXASI

4 gün Azərbaycanda 41 dərəcə isti olacaq – RƏSMİ

4 gün Azərbaycanda 41 dərəcə isti olacaq – RƏSMİ

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın həyatını itirdi – FOTO

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın həyatını itirdi – FOTO

ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı

ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb — Ukrayna kəşfiyyatı

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb — Ukrayna kəşfiyyatı

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Bu il qida zəhərlənmələri ən çox hansı ayda baş verib? – RƏSMİ AÇIQLAMA

Bu il qida zəhərlənmələri ən çox hansı ayda baş verib? – RƏSMİ AÇIQLAMA

İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı – Açıqlama

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı – Açıqlama

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO

34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO

Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

Üzümün orqanizmə inanılmaz faydaları ÜZƏ ÇIXDI

Üzümün orqanizmə inanılmaz faydaları ÜZƏ ÇIXDI

Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

İsmayıllıda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 24 nəfər...

İsmayıllıda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 24 nəfər...

Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA

Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord

Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı- Bu cəzanı aldılar

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı- Bu cəzanı aldılar

Pilotlar uçuş zamanı yuxuya getdi - Havada 28 dəqiqəlik təhlükəli anlar

Pilotlar uçuş zamanı yuxuya getdi - Havada 28 dəqiqəlik təhlükəli anlar

End of content

No more pages to load

RADİO