Mərkəzi Asiya ilə yeni strateji MƏRHƏLƏ - Azərbaycanın artan təsir İMKANLARI

Xəbər verdiyimiz kimi iyulun 30-31-də Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edib.

Görüşdə regional maraq doğuran məsələlər müzakirə edilib, perspektivlər məüəyyənləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa


Təbii ki, rəmzi olaraq C6 Sammiti adlandırılan bu tədbirdə Prezident İlham Əliyevin iştirakı yalnız diplomatik hadisə deyil, həm də ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisidir.

Məşvərət Görüşü nə zamandan və hansı məqsədlər üçün keçirilir?

Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. Bu görüşün təşkil edilməsində məqsəd yeni reallıqlar fonunda region dövlətlər arasında əməkdaşlığın koordinasiyasına nail olmaq və qlobal məkanda vacib mövqe qazanmaqdır.

Bu da təsadüfi deyil. Axı, ixtiyari dövlətin inkişaf etməsi və Beynəlxalq aləmdə uğur qazanması üçün qlobal nəqliyyat dəhlizlərinə sahib olması və yaxud ona asan çıxış imkanları olması çox vacibdir.

Bu aspektdən Mərkəzi Asiya ölkələrini Avropa və Yaxın Şərqlə bağlayan ən qısa və etibarlı yol Azərbaycan üzərindən keçir. Ona görə də indiki reallıqlar fonunda Azərbaycan Mərkəzi Asiya ölkələri üçün ən sərfəli və etibarlı tərəfdaşdır. Xüsusilə Avrasiya məkanında geoiqtisadi rəqabətin gücləndiyi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın sözügedən platformada iştirakı ölkənin regional siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Etibarlı tərəfdaşın tək ünvanı- Azərbaycan

Məhz bu səbəbdən Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycan Prezidentinin də görüşdə iştirakını vacib saydılar və ilk dəfə 2023-cü ildə Tacikistanın Düşənbə şəhərində keçirilən V Məşvərət Görüşündə Prezident İlham Əliyev ilkin olaraq fəxri qonaq qismində iştirak etdi.

Prosesin məntiqi davamı olaraq 2025-ci il noyabrın 16-da Özbəkistanın Daşkənd şəhərində keçirilən VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakına dair qərar qəbul edildi.


Bu qərar yalnız Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli münasibətlərinə verilən qiymət deyil, həm də ölkəmizin Avrasiya nəqliyyat-kommunikasiya sistemində oynadığı strateji rolun beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi. Əslində, bu addım Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı regionun ayrılmaz tərəfdaşı kimi qəbul etdiyini nümayiş etdirdi.

Məşvərət Görüşü təkcə ikitərəfli münasibətlərin deyil, həm də türk dünyasında inteqrasiyanın və Avrasiya nəqliyyat-logistika sisteminin inkişafı baxımından yeni mərhələnin göstəricisidir.

Son illərdə Azərbaycan ilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan arasında siyasi dialoq əhəmiyyətli dərəcədə intensivləşib. Bu ölkələrin ortaq maraqları təkcə tarixi və mədəni bağlarla məhdudlaşmır. Enerji təhlükəsizliyi, tranzit marşrutları, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və ticarət əlaqələri əməkdaşlığın əsas istiqamətlərinə çevrilib.

Görüşün ən mühüm nəticələrindən biri Xəzər hövzəsinin vahid iqtisadi məkan kimi formalaşdırılması istiqamətində siyasi iradənin nümayiş etdirilməsidir. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Avropa ilə Asiyanı birləşdirən bu marşrutun inkişafı həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin qlobal ticarətdə rolunu artırır.
 

Geosiyasi baxımdan görüşün əhəmiyyəti ondan ibarətdir ki, qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı körpü rolunu möhkəmləndirir. Bu əməkdaşlıq regional sabitliyə, iqtisadi dayanıqlığa və investisiya imkanlarının genişlənməsinə xidmət edir.


Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının görüşü bir daha göstərdi ki, Azərbaycan artıq regional çərçivələri aşaraq beynəlxalq siyasətdə mühüm oyunçuya çevrilib. Vaxtilə yalnız enerji ixracatçısı kimi tanınan ölkə bu gün Avrasiya məkanında siyasi dialoqun, nəqliyyat marşrutlarının və iqtisadi əməkdaşlığın əsas təşəbbüskarlarından biridir.

Azərbaycanın artan beynəlxalq nüfuzu ilk növbədə balanslaşdırılmış xarici siyasətin nəticəsidir. Rəsmi Bakı eyni vaxtda Avropa İttifaqı, Mərkəzi Asiya dövlətləri, Türk Dövlətləri Təşkilatı, İslam dünyası və digər tərəfdaşlarla qarşılıqlı faydaya əsaslanan münasibətlər quraraq etibarlı tərəfdaş imicini formalaşdırıb. Məhz bu etimad sayəsində Azərbaycan müxtəlif siyasi və iqtisadi platformalarda birləşdirici rol oynayır.

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin sürətlə inkişaf etməsi də Azərbaycanın geosiyasi çəkisini artırır. Xəzər dənizinin Qərb sahilində yerləşən Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən əsas logistika qovşağıdır. Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir nəqliyyat infrastrukturu Azərbaycanın beynəlxalq ticarət zəncirində strateji mövqeyini daha da möhkəmləndirib.
 

Eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşı kimi çıxış etməsi, humanitar və beynəlxalq tədbirlərin təşkilatçısı olması ölkənin yalnız regional deyil, qlobal gündəliyə təsir göstərən aktora çevrildiyini nümayiş etdirir.


Bu baxımdan Çolpon-Atada Mərkəzi Asiya dövlət başçıları ilə keçirilən növbəti görüş adi diplomatik təmas deyil. Bu, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığın təzahürüdür. Bu gün bir çox beynəlxalq layihələrin uğuru Azərbaycanın iştirakı olmadan təsəvvür edilmir. Ölkə artıq hadisələrin arxasınca gedən deyil, regional əməkdaşlığın istiqamətini müəyyənləşdirən, təşəbbüslər irəli sürən və tərəfdaşları eyni masa ətrafında birləşdirən beynəlxalq oyunçu kimi çıxış edir.

Mövcud geosiyasi şəraitdə Azərbaycanın artan nüfuzu onu göstərir ki, ölkə yalnız öz milli maraqlarını müdafiə etmir, eyni zamanda Avrasiyada sabitliyin, iqtisadi inteqrasiyanın və çoxtərəfli əməkdaşlığın aparıcı mərkəzlərindən birinə çevrilməkdədir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO