Diplomat olmaq istəyənlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60 faiz nəticə göstərən 129 namizəd buraxılıb.

Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.

Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində icra olunan “Esse” tapşırığından 70 faiz (42 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 70 faiz (42 bal), hər bir komponenti üzrə 20 faizdən (“Dinləyib-anlama” və “danışıq” bacarığının hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığının hər biri üçün 5 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və müsahibə mərhələsinə buraxılan iştirakçıların sayı 65 nəfər olub. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “Esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyulun 27-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00-dan 26 iyul saat 17:00-dək [email protected] ünvanına yazılı müraciətlərini göndərə bilərlər. Bu elektron poçt ünvanına texniki məsələlərlə bağlı deyil, yalnız məzmunla bağlı müraciətlər göndərilə bilər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Xatırladaq ki, DİM tərəfindən iyunun 25-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

End of content

No more pages to load

RADİO