“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib

Azərbaycanda cinayətkar dəstə halında birləşən bir qrup şəxs dövlət portalı vasitəsilə milyonlarla vəsaiti leqallaşdırmaqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, iri epizodlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.

Prokurorluqda aparılan ibtidai istintaqla müəyyən edilib ki, Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev və Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırıblar.

Dəstə üzvlərinin başçısı və fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli olub. O və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri kimi qeydiyyatdan keçib.

Onlar vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

Dəstə üzvləri dövlət platforması olan Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.
 

Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtəlif əqdlər həyata keçirilməklə leqallaşdırılıb.


Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dələduzluq), 193.3.1, 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham irəli sürülüb.

İş materiallarında yazılıb ki, Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə bütün prosesləri metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən və özlərinin nəzarətində olan yeməkxanadan idarə edib.

İş üzrə onlarla zərərçəkmiş var. Maraqlıdır ki, onların əksəriyyəti maddi ehtiyacı olan şəxsləri, tələbələr, təqaüdçülər, hətta narkotik asılılığı olan şəxslərdir.

Cinayətkar qrup işə düzəltmək adı ilə onların adına olan “Asan İmza”lardan istifadə etməklə yüzlərlə şirkət açaraq milyonlarla manat vəsaiti nağdlaşdırma məqsədilə istifadə edib, əvəzində isə aztəminatlı şəxslərə qısa müddət cüzi maaş ödəyib. Nəzərdə tutulan məqsədə çatdıqdan sonra isə həmin şəxslərin telefon zənglərinə cavab verilməyib.

Əslində bu şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilsə də, istintaq orqanı onların bir qismini müəyyən edə bilib. Zərərçəkənlər müxtəlif şirkətlərin sahibi və ya direktoru olduqlarını yalnız istintaqa çağırılanda biliblər.

İş üzrə baxış iclası iyulun 31-i keçiriləcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Ən itaətkar bürclər BUNLARDIR

Ən itaətkar bürclər BUNLARDIR

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Metro sərnişinlərinin NƏZƏRİNƏ – İş qrafiki dəyişir

Metro sərnişinlərinin NƏZƏRİNƏ – İş qrafiki dəyişir

Robert Köçəryan belə saxlanıldı – ANBAAN VİDEO

Robert Köçəryan belə saxlanıldı – ANBAAN VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Köçəryanın arvadının mağazalarında AXTARIŞ APARILIR - VİDEO

Köçəryanın arvadının mağazalarında AXTARIŞ APARILIR - VİDEO

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Qayınatasını gecə yatdığı yerdə öldürübmüş... – Ağdamdakı qətlin TƏFƏRRÜATI

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

Ali Məhkəmədən sələmçilərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO