“Sabah”ın futbolçusu Aaron Maluda daha bir klubun diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, “Bazel” fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
İsveçrə təmsilçisi 20 yaşlı futbolçu üçün təklif göndərməyə hazırlaşır. Maludanın adı daha əvvəl “Seltik”lə hallanırdı.
Vinger ötən mövsüm 30 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media