İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İşçilərin iş vaxtı ərzində şəxsi səbəblərlə qısa müddətlik, məsələn, 1 saatlıq işdən ayrılması halları müəssisələrdə tez-tez rast gəlinən məsələlərdən biridir.

Bəs belə hallarda icazənin mütləq yazılı şəkildə rəsmiləşdirilməsi qanunvericiliyin tələbidirmi, yoxsa bu, işəgötürənin daxili qaydalarından asılıdır?

Bizim.Media  bildirir ki, mövzu ilə bağlı “konkret.az”a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələ birbaşa Əmək Məcəlləsi ilə deyil, əsasən müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsinin şərtləri ilə tənzimlənir.

Onun sözlərinə görə, qanunvericilikdə işçinin 1 saatlıq və ya digər qısa müddətli icazəsinin hansı formada – yazılı və ya şifahi rəsmiləşdirilməsinin məcburi olduğu barədə konkret tələb yoxdur.
 

"Bu, hər bir müəssisənin daxili qaydaları ilə həll olunur. Eyni zamanda əmək müqaviləsində də bununla bağlı müddəalar nəzərdə tutulur. İcazə həm yazılı, həm də şifahi şəkildə verilə bilər. Bu, müəssisənin daxili intizam qaydalarından asılıdır. Əmək Məcəlləsində bu məsələnin necə rəsmiləşdirilməli olduğu birbaşa göstərilməyib. Qaydalar müəssisədaxili sənədlərlə tənzimlənir”, – deyə ekspert vurğulayıb.


Əkrəm Həsənov qeyd edib ki, bəzi işəgötürənlər gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq və iş vaxtının uçotunu düzgün aparmaq məqsədilə qısa müddətli icazələrin yazılı ərizə və ya elektron müraciət əsasında rəsmiləşdirilməsini tələb edirlər.

Bu yanaşma hüquqi baxımdan mümkündür və müəssisənin daxili intizam qaydalarına uyğun olduğu halda tətbiq edilə bilər.

Ekspertin fikrincə, işçi və işəgötürən arasında bu kimi məsələlərin əvvəlcədən müəyyən edilmiş daxili prosedurlar əsasında həll edilməsi sonradan yarana biləcək anlaşılmazlıqların qarşısını alır. Buna görə də işçilər işlədikləri müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə yaxından tanış olmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

End of content

No more pages to load

RADİO