MİQ imtahanının ödənişli olmasının səbəbi BİLİNDİ – AÇIQLAMA

Elm və Təhsil Nazirliyi tərəfindən hər il keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində təkrar iştirak üçün 60 manat ödəniş tətbiq olunması sosial şəbəkələrdə müzakirə yaradıb.

Müəllimlər və müəllimliyə namizədlər bu məbləğin ölkədəki orta əməkhaqqı və yaşayış xərcləri fonunda yüksək olduğunu bildirir. Onlar həmçinin ötən illərdə ödənişsiz şəkildə təşkil edilən imtahanın 2026-cı ildən etibarən rüsumla olmasının səbəbləri ilə maraqlanırlar.

Bizim.Media məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyevin fikrini öyrənib.

Onun sözlərinə görə, öncəki illərdə qeydiyyatdan keçən şəxslərin imtahanda iştirak etməməsi hallarına rast gəlinirdi:

“İmtahanın hazırlanması və təşkili kifayət qədər böyük resurs tələb edir. Test kitabçalarının hazırlanması və çapı, imtahan mərkəzlərinin müəyyənləşdirilməsi, məktəblərin ayrılması və digər təşkilati işlər qeydiyyatdan keçənlərin sayına uyğun planlaşdırılır. Məsələn, 60 min nəfər qeydiyyatdan keçibsə, bütün hazırlıq da 60 min nəfərə uyğun aparılır.

Elm və Təhsil Nazirliyi dəfələrlə qeyd edib ki, ödənişsiz qeydiyyat səbəbindən iştirakçıların müəyyən hissəsi imtahana gəlmirdi. Bəzi şəxslər qeydiyyatdan keçir, sonradan isə müxtəlif səbəblərlə imtahana qatılmırdılar. Bu da təşkilati çətinliklər yaradırdı. Məhz buna görə qərar verildi ki, MİQ imtahanı ödənişli olsun”.

Ekspert hesab edir ki, 60 manat bu imtahan üçün yüksək məbləğ deyil:

“Hazırda abituriyentlərin qəbul imtahanı üçün də 50 manat ödəniş edilir. Yəni, MİQ-in Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının ödənişi ilə müqayisədə ciddi fərq yoxdur. MİQ yalnız test mərhələsindən ibarət deyil, sonrakı mərhələlər də mövcuddur və nəticədə müəllimlərin işə qəbulu həyata keçirilir. Düşünürəm ki, həqiqətən müəllim olmaq istəyən, bu peşəyə ciddi yanaşan şəxs 60 manat ödəniş edib imtahanda iştirak edəcək.

Müəllimlərin əməkhaqqını nəzərə alsaq belə, bu məbləği normal hesab edirəm. Ödəniş 250-300 manat və ya daha yüksək olsaydı, bunu qeyri-obyektiv hesab etmək olardı. Beynəlxalq imtahanlara baxsaq, TOEFL, IELTS kimi imtahanlar da ödənişlidir və onların qiymətləri xeyli yüksəkdir”.

R.Nurəlievin fikrincə, fərqli maaş alan müəllimlərin imtahanda iştirakı üçün fərqli məbləğdə ödəniş etməsi doğru hesab olunmur:

“MİQ imtahanında iştirak edənlərin hamısı müəllim kimi çalışmır.  Burada müəllim olmaq istəyən namizədlər iştirak edirlər. Ona görə də hamı üçün vahid - 60 manat ödənişin müəyyənləşdirilməsi normal yanaşmadır”- o əlavə edib.

Qeyd edək ki, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər üçün ödəniş nəzərdə tutulmayıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

End of content

No more pages to load

RADİO