Xəbər verdiyimiz kimi, Ukraynanın Berdyansk rayonu rus ordusu tərəfindən işğal olunub. Bu informasiyanı Regional dövlət administrasiyası təsdiq edib.
Bizim.Media xəbər verir ki, mənbə qeyd edir ki, işğalçılar ərazini ələ keçirə bilib, yerli hakimiyyət onlarla əməkdaşlıqdan imtina edib.
Hazırda polis idarəsi ləğv edilib. Yerli nəqliyyat tamamilə dayanıb, kommunal xidmətlər isə qismən işləyir.
Rayon mərkəzinin tutulması zamanı 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Bizim.Media