Bakıda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNİB - Direktor cəzalandırıldı - FOTO

Aprelin 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "1003 – Çağrı Mərkəzi"nə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
 

Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub.


5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə "dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi" diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
 

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət" unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.


Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.

Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

İsveçrədə danışıqlar günortadan sonra başlayır

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil oldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

End of content

No more pages to load

RADİO