İsrail Müdafiə Ordusu Qəzza zolağının mərkəzi hissəsində keçirdiyi əməliyyat zamanı HƏMAS-ın elit “Nuxba” bölməsinin komandirini məhv etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində Anas Məhəmməd İbrahim Hamad öldürülüb.
İsrail tərəfi onun HƏMAS-ın “Nuxba” bölməsində komandir olduğunu və 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olaraq hücumda iştirak etdiyini iddia edir.
Bildirilib ki, əməliyyat ötən gün Qəzza zolağının mərkəzi hissəsində həyata keçirilib.
HƏMAS tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Bizim.Media