“Biz təklifləri dinləmək üçün Rusiyaya gedirik”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Ali Radasında “Xalq Qulluqçusu” fraksiyasının lideri David Araxamia bildirib.
“Daha sonra buna dəyib-dəyməyəcəyini müzakirə edəcəyik” – deyə Araxamia qeyd edib.
O, girov götürülməyi də “məqbul ssenari” adlandırıb.
Xatırladaq ki, bu gün - fevralın 28-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar "Aleksandrovka - Vilça" sərhəd-keçid məntəqəsində aparılacaq.
Bizim.Media
