Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko Rusiyanın UNESCO üzvlüyündən çıxarılması xahişi ilə quruma müraciət edib.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, bu barədə nazir Facebook statusunda bildirib.
Ukrayna həmçinin Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasını təşkil edəcək ölkəni də dəyişməyi xahiş edib.
Müraciətdə qeyd olunur ki, Rusiyanın hərbi əməliyyatları nəticəsində ukraynanın mədəni irsi məhv olur. Abidələr və arxeoloji obyektlər artilleriyanın zərbəsinə məruz qalır.
Bizim.Media