Kitabxanaların bağlanması iddialarına nazirdən CAVAB

“Bəzən cəmiyyətdə belə fikirlərlə qarşılaşırıq ki, guya Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır və ya bu sahəyə münasibət soyuqdur. Bu, qətiyyən doğru deyil və belə bir mövqe qəbul edilə bilməz”.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib.

Nazir bildirib ki, kitabxanalar Mədəniyyət Nazirliyi üçün mühüm və vacib təsisatlardır.

“Kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir. Məlumatın əldə olunması və maarifləndirmə fəaliyyətinin təmin edilməsi baxımından onların rolu əvəzsizdir”, — deyə A.Kərimli qeyd edib.

Nazir əlavə edib ki, kitabxanaların fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlanılıb.

“İlk monitorinq apardığımız sahələrdən biri ölkə ərazisində fəaliyyət göstərən və Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana strukturlarının, eləcə də kitabxana müəssisələrinin kompleks şəkildə qiymətləndirilməsi olub. Monitorinq həm infrastrukturu, həm kadr potensialını, həm də kitabxana fondlarını, yəni məzmun fəaliyyətini əhatə edib.
 

Üç il ərzində kifayət qədər geniş həcmdə məlumat toplanıb. Hesab edirik ki, bu məlumatların toplanması və təhlili xüsusi həssaslıq tələb edir. Çünki kitabxana sahəsi bütövlükdə milli bilik mənbəyi kimi çıxış edən əsas təsisatlardan biridir. Burada aparılacaq islahatların nəticəyönümlü və səmərəli olması üçün ciddi təhlilə ehtiyac var.


Bu təhlillər artıq sistemləşdirilib və düşünürük ki, kifayət qədər məlumat bazası formalaşıb. Komandamızın və bu sahənin peşəkar mütəxəssislərinin iştirakı ilə həmin məlumatlar ətraflı təhlil olunub.

Təhlillərin nəticələri göstərir ki, dövlət başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri məhz bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir. Məqsəd kitabxana sistemini müasir tələblərə uyğunlaşdırmaq, onun fəaliyyətini daha səmərəli, dayanıqlı və yüksək keyfiyyət göstəricilərinə əsaslanan formada təşkil etməkdir.

Bu istiqamətdə hansı işlərin görülməli olduğu, hansı yeni yanaşmaların tətbiq edilməsinin vacibliyi barədə artıq konseptual baxışımız formalaşıb”, — deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO